Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 21,7% artaraq 2014-ci il yanvarın 1-nə 7,172 mlrd. manata çatıb. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın kredit portfeli illik müqayisədə 30,5% artaraq 2014-ci il yanvarın 1-nə 5,033 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 555,3 mln. manat təşkil edib.
Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,613 mlrd. manata bərabər olub ki, bu da 2013 ilin yanvarın 1-nə nisbətən 22,2% çoxdur.
Bankın məcmu kapitalı il ərzində 25,5% artaraq 903,8 mln. manata çatıb. Bankın gəlirləri 474,2 mln. manat təşkil edib. ABB-nın xalis mənfəəti illik müqayisədə 17,3% artaraq, 2014-ci il yanvarın 1-nə 50,91 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 475,04 mln. manata çatdırılıb.
Yanvarın 1-nə ABB-nin 2 484 882 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 690 bankomat və 4951 POS-terminaldan ibarətdir.