24 C
Baku
Friday, April 26, 2024

“Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyadakı törəməsinin faiz gəlirləri təxminən 3 dəfə azalıb

Banker.azın verdiyi məlumata görə, Azərbaycanın ən böyük bankının Rusiyada olan törəməsi 2019-cu ilin birinci yarım illiyinə dair hesabatları açıqlayıb.

Məlumat üçün bildirək ki, bankın hesabat dövründə  faiz gəlirləri təxminən 3 dəfə azalaraq 66,637 mln. rubla düşmüşdür (ötən ilin müvafiq dövründə 259 mln. rubl olub). Buna baxmaraq, bank ehtiyatlardan əldə etdiyi gəlir hesabatına zərərdən yaxa qurtararaq yarım illiyi 246,373 mln. rubl mənfəətlə başa vura bilmişdir.

6 ay ərzində “ABB-Moskva”nın faiz xərcləri 93,947 milyon rubl (2,537 milyon manat, 61,85% az), qeyri-faiz zərəri 435,553 milyon rubl (11,76 milyon manat, 1 il bundan əvvəl qeyri-faiz gəlirləri olub), qeyri-faiz xərcləri 182,703 milyon rubl (4,933 milyon manat, 34% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 836,06 milyon rubl (22,574 milyon manat, 1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 55,879 milyon rubl (1,509 milyon manat, 1 il bundan əvvəl mənfəət vergisi ödəyib) təşkil edib.

Bu il iyulun 1-nə “ABB Moskva”nın aktivləri 6 768,462 milyon rubl (182,748 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 5,5% çoxdur. Bunun cəmi 138,921 milyon rublu (3,751 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,9% böyüyüb.

Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 4% artaraq 2 855,636 milyon rubla (77,102 milyon manat), o cümlədən depozit portfeli 3,4 dəfə artaraq 809,844 milyon rubla (21,866 milyon manat), balans kapitalı isə 6,7% artaraq 3 912,826 milyon rubla (105,646 milyon manat) çatıb.

Xatırladaq ki, “ABB-Moskva” 2002-ci idən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (111,372 milyon manat).

1 rubl = 0,027 manat

Screen Shot 2019 11 13 at 15.02.52

Screen Shot 2019 11 13 at 15.02.35

Финансовая отчетность Банка МБА-Москва ООО за 6 месяца 2019 года, 300819

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər