9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan bir ay ərzində Qarabağın böyük hissəsini zəbt edəcək… Ermənilərə yazığım gəlir”

Rusiyanın hava-desant qüvvələrinin keçmiş komandanı general-polkovnik Georgi Şpak Azərbaycan Ordusu bir ay ərzində Qarabağın bir hissəsini zəbt edəcəyini deyib.

Bu barədə general-polkovnik “İnterfaks”a açıqlamasında bildirib.

“Mən bu münaqişəni yaxından izləyirəm və tərəflərin gücünü qiymətləndirirəm. Azərbaycan daha güclüdür. Türkiyənin Azərbaycana yardımını nəzərə alaraq, ermənilərə görə çox üzülürəm”, – Şpak deyib.

“Azərbaycan bütövlükdə Qarabağı zəbt edə bilməyəcək, amma iddia etdiyi hissəsini şübhəsiz ki, ələ keçirəcək. Bir ay ərzində beynəlxalq ictimaiyyət bunu dayandırmasa Azərbaycan planını yerinə yetirə bilər”, – general-polkovnik bildirib.

“Azərbaycan qələbə çalacaq”, – Şpak əlavə edib.

Bundan əvvəl, hərbi ekspert Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri Aleksey Arbatov İnterfaks-a açıqlamasında Azərbaycan Ordusunun Ermənistan ordusundan daha böyük və daha yaxşı silahlandığını söyləmişdi.

“Azərbaycan hücum silahlarında daha güclüdür. Son vaxtlara qədər oraya, xüsusən də Rusiyadan real pula böyük silah tədarükü gedirdi. Azərbaycan topçu və zirehli qüvvələrdə daha güclüdür. Bütün kateqoriyalarda Azərbaycan Ordusu müasir silahlarla daha yaxşı təchiz edilib”, – ekspert deyib.

“Erməni ordusu mənəvi ruh yüksəkliyinə və daha yüksək bir təşkilata sahibdir. Son zamanlar Ermənistana silah tədarükü edildi. Ancaq bunun hansı hissəsinin Qarabağda olduğunu söyləmək çətindir. İnsan gücü baxımından Ermənistan ordusu silahdan geri qalır”, – Arbatov bildirib.

Son xəbərlər
Digər xəbərlər