7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”.

Banker.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu yaxınlarda yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır: “Bu da onu göstərir ki, Azərbaycan hökumətinin dayanıqlı inkişafda sadəqəti çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələlərdə dünyada ən qabaqcıl ölkələrdən biri olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər