7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan BOKT-larının xalis mənfəəti 29% azalıb

Azərbaycanda bank olmayan kredit təşkilatlarının gəlirləri artıb.

Banker.az bu barədə Mərkəzi Bankın cari ilin 3-cü rübünə olan icmal göstəricilərinə istinad edir.

Cari ilin ilk 9 ayı ərzində Azərbaycan BOKT-larının faiz gəlirləri illik müqayisədə 21% artımla 50.5 mln. manat, qeyri-faiz gəlirləri isə 18% artımla 9.7 mln. manata, faiz xərcləri 7% artımla 8.9 mln. manat və qeyri-faiz xərcləri 8% artımla 30 mln. manat təşkil etmişdir. Nəticədə, BOKT-ların əməliyyat mənfəəti isə 21.3 mln. manat olmuşdur. Bu isə BOKT-ların əməliyyatı illik müqayisədə 52% artıb.

BOKT-lar 8.1 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar etdikdən sonra xalis mənfəəti 10.5 mln. manat olub.

Bu mənfəətdən sonra bankın  1 oktyabr tarixinə bölüşdürülməmiş mənfəəti 21 mln. manata qədər yüksəlib və kapitalı 146.2 mln. manat olub. Bu isə 29% azalma deməkdir. Belə ki, ötən ilin analoji dövründə xalis mənfəət 14.7 mln. manat idi.

KREDİTLƏRİN HƏCMİ BÖYÜYÜB

Azərbaycanda BOKT-ların müştərilərə verdiyi kreditlərin həcmi illik müqayisədə 8 faiz artımla 275.4 mln. manat olub.

Cəmi aktivləri isə 331.5 mln. manat olub.

BOKT-ların son bir il ərzində cəlb edilmiş borc vəsaitlərin həcmi 19 faiz kiçilməklə 71.9 mln. manat olub. Bununla belə təşkilatların qiymətli kağızlar üzrə portfellərinin həcmi 23% azalma ilə 23 mln. manata düşüb.

Beləliklə BOKT-ların cəmi öhdəlikləri ilin 9 ayının sonuna 185.3 mln. manata qədər azalmışdır.

Son xəbərlər
Digər xəbərlər