6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan  borcunu azaltmağı planlaşdırır

Azərbaycan ümumi dövlət borcunda xarici dövlət borcu göstəricisini ÜDM-in 10 faizinədək azaltmağı planlaşdırır.

Bunu Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycan xarici dövlət borcunda xarici valyutanın payını 95 faizdən 81 faizədək azaldıb.

“Bizim əsas hədəflərimizdən biri bu göstəricini ortamüddətli perspektivdə 85 faizədək azaltmaq idi. Bu gün Azərbaycanın borc öhdəliklərinin 81 xarici valyutada formalaşıb. Ortamüddətli perspektivdə dövlət borcunda xarici valyutanın payının daha da azaldılması planlaşdırılır”, – A.Mursaqulov bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər