18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan – Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə iclas keçiriləcək

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 14 iyun tarixində keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Londona səfər edib.

Banker.az xəbər verir ki, iclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə ixracat naziri Mike Freerdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər