Azərbaycan bu il büdcə kəsirini 1-2% civarında saxlaya bilər

Asiya İnkişaf Bankı (ADB) bu il qlobal bazarda neft qiymətlərinin 56-57 dollar/barel civarında olacağını proqnozlaşdırır. Bunu ADB-nin Azərbaycan üzrə ölkə meneceri Nariman Mannapbekov deyib.

N.Mannapbekov Bankın ötən il Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün ayırdığı 500 mln. ABŞ dolları məbləğində olan kredit haqqında da danışıb: “Bu kredit 2016-cı il dövlət büdcəsinin icrasında kəsirin 0,5%-dək azaldılmasına kömək edib. Bu isə ötən ilin fevralında proqnozlaşdırılandan çox aşağıdır”.

ADB rəsmisi deyib ki, hökumət 2017-ci ildə büdcə kəsirini 1-2% civarında saxlaya bilər. O, həmçinin Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT) çıxarılmasına da münasibət bildirib və müzakirələrin davam etdirilməsinin tərəfdarı olduğunu deyib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər