11 C
Baku
Sunday, May 19, 2024

Azərbaycan bu il daha az təbii qaz itkiyə verib

2023-cü ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz istehsalının həcmi 18 milyard 177.8 milyon kub-metr təşkil edib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin ilk yarısında təbii qazən 1.5 faizi itkiyə gedib. Ötən ilin müvafiq dövründə 20 milyard 406.3 milyon kub-metrinin 2%-i itkiyə getmişdi.

Hesabatda qeyd edilir ki, təbii qaz üzrə ehtiyatların 29.9 faizi ölkə daxilində istehlak edilmiş, 56.5 faizi ixrac olunmuş, 12.1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

2020-ci ildə bu rəqəm 3.2%, 2021-ci ildə isə 2.8% idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər