Azərbaycan 2020-ci ildə İran İslam Respublikasına ixracı artırıb. Mənfi saldonu 1.9 dəfə azaldıb.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Cari ilin yanvar-sentyabr ayları ərzində İrana $30.08 mln. həcmində məhsul ixrac edilib, İrandan Azərbaycana isə $210.31 mln. məhsul ixrac olub.
Lakin, göründüyü kimi Azərbaycanın İslam Respublikası ilə ticarət əlaqələrində hələ də mənfi saldo qalmaqdadır. Belə ki, cari ilin ilk 3 rübü ərzində $180.23 mln. həcmində mənfi ticarət saldosu mövcuddur.
Son bir ildə ümumi idxal payında İranın payı 3.50%-dən 2.29%-ə qədər azalıb, ixracda isə əksinə, 0.19%-dən 0.28%-ə yüksəlib.
Bildirək ki, 2019-cu il ərzində Azərbaycan İrana ixracın həcmi $27.75 mln. manat, idxalın həcmi isə $362.91 mln. təşkil edib. Bu da $335.16 mln. manat mənfi saldo deməkdir.