23 C
Baku
Friday, April 26, 2024

Azərbaycan bu il pambığı xaricə 51% baha satır

Azərbaycan xaricə satdığı pambıq bu il az olsa da, bahalaşdığı üçün daha çox valyuta gətirir və əlavə olaraq Banqladeş də pambıq alışını bərpa edib.

Banker.az-ın rəsmi statistikaya istinadən xəbərinə görə, bununla da ölkənin pambıq müştərisi olan ölkələrinin sayı üçə yüksəlib.

Azərbaycan 2022-ci ilin birinci rübündə  32.07 min tonluq pambığın xaricə ixracı müqabilində ölkəyə $72.21 milyonluq valyuta daxil olub. Öncəki ildə isə  46.08 min tonluq pambığa görə ölkəyə $68.56 mln. valyuta gəlmişdi.

İllərdir Azərbaycanın iki loyal müştərisi var – Türkiyə və İran İslam Respublikası.2323234232323

Azərbaycan 2022-ci ilin yanvar-mart ayları ərzində Türkiyəyə  28.8 min tonluq pambığa görə $66.73 mln. həcmində valyuta əldə edib.

İran isə bahalaşan pambığın alışını azaldıb. Ötən birinci rübdə Azərbaycandan cəmi  2.2 min ton, yaxud $3.62 mln. dəyərində pambıq alıb.

Banqladeş isə  1 min tonluq pambığa görə ölkəmizə $1.86 mln. ödəniş edib.

Qlobal miqyasda bahalaşan əmtəələr pambığın qiymətindən də yan keçməyib. Əsas istehsalçı Hindistan ixraca qadağa qoyub, ABŞ-da isə quraqlıqlar olduğu üçün məhsuldarlığı aşağı düşüb.  Qiymətlər 2011-ci ildən bu tərəfə ən yüksək həddədir. Birjalarda pambığın bir funtu (1 funt=~0.45 kq) fyuçerslərdə 2021-ci ilin birinci rübündə 77-94 sentə ticarət oldunduğu halda, 2022-ci ildə Rusiya Ukrayna müharibəsi fonunda 100-140 sent (yaxud 1.4 dollar) səviyyəsinə yüksəlib. May ayında isə qiymətlər daha çox od tutub yanır. Məsələn, mayın ilk həftəsində 160 sent/funt səviyyəsinə qalxıb.

PAMBIĞIN QİYMƏTİ: SENT/FUNT

tvc 6ddce8e25082e4176661454387d732d9

Bəs Azərbaycan hansı qiymətə satıb?

Azərbaycan “ağ qızıl” adlandırlıan pambığı ortalama 1 tonunu xaricə $2 252-yə satıb. Bu da hər tonda öncəki illə müqayisədə $764, yaxud 51% daha çox gəlir əldə edib. Bu o deməkdir ki, ölkə ixracı öncəki həcmdə davam etdirsəydi ümumi pambıq ixracından bir rübə $100 mln. valyuta əldə edə bilərdi.

Türkiyəyə satılan pamığa görə ölkəyə hər tonu $2 312, İrana satılanda  $1 643, Banqladeşə satılanda isə $1 850 qiymət düşüb.

Yeri gəlmişkən cari ilin yazlıq bitkiləri üzrə göstəriciyə əsaslansaq Azərbaycan bu bitkinin əkin sahələrini 5.7% artırıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər