Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan çay satışını azaldıb, bunun əksinə alışını artırıb.
“Banker.az”a Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu ilin 11 ayında Azərbaycan xaricə 8 milyon 536 min ABŞ dolları dəyərində 1 232 ton çay ixrac edib. İxrac edilən çayın miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 127 ton azalıb.
Hesabat dövründə 49 milyon 633 min ABŞ dolları dəyərində 12 min 264 ton çay idxal edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə idxal olunan çayın miqdarı 670 min ton artıb.