1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bu ilin əvvəlindən ₼6 mln.-luq sığorta xidməti ixrac edib

Azərbaycan bu ilin əvvəlindən “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində 6 milyon manatlıq sığorta xidməti ixrac edib.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.

“Artıq sığortaçılarımız 2 ölkədə (Gürcüstan və Qazaxıstan) “Yaşıl Kart” şəhadətnamələri buraxır. Növbəti illərdə daha çox ölkəni əhatə edə və daha çox “Yaşıl Kart” sata bilərik”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər