13 C
Baku
Friday, April 26, 2024

Azərbaycan büdcəsinin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17.5 %-ə endiriləcək

Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2026-cı ilədək 17,5 %-ə endirilməsi hədəflənir.

Bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda çıxış edən Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan resursla zəngin ölkədir, neft ixracatçısıdır: “Resurs ölkələri üçün büdcə qaydalarının tədbiqi xüsusilə əhəmiyyətlidir. Çünki bu ilk növbədə büdcə intizamının təmin edilməsinə və fiskal dayanıqlığın təmin edilməsinə xidmət edir. Resursla zəngin ölkələrdə büdcə qaydaları müəyyən olunarkən ümumi balans deyil, daha çox resurs balansı hədəf götürülür. Ona görə də təsadüfi deyik ki, büdcə qaydasının iki əsas hədəfindən biri icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin azaldılmasıdır”.

R. Həsənov qeyd edib ki, 2018-ci ildə bu göstərici Azərbaycanda 30 %-dən yuxarı olub və 2026-cı ilin sonuna qədər 17,5 %-ə endirilməsi hədəflənir: “Prezident İlham Əliyevin təsdiq etdiyi 2022-2026-ci illərdə Sosial-İqtisadi İnkişaf Strategiyasında bu göstəricinin 2026-cı ilin sonuna qədər 17,5 %-ə endirilməsi hədəflənir. Bu, önəmli məsələdir”.

Mərkəzin direktor müavini hesab edir ki, neft gəlirlərindən istifadəni azaltmaq və neft gəlirlərindən istifadəni azaltmaq, qeyri-neft gəlirləri hesabına azalan neft gəlirlərini bərpa etmək əsas hədəflərdən biridir. Onun sözlərinə görə, bu, büdcə qaydasının tətbiqində öz əksini tapıb.

R. Həsənov deyib ki, son illərin mühüm büdcə islahatı büdcə qaydasının tətbiqidir: “Biz 2018-ci ildən büdcə qaydasını tətbiq etməyə başlamışıq. 2020-ci ildə pandemiya və neftin qiymətinin kəskin düşməsi səbəbindən digər ölkələr kimi bizdə büdcə qaydasının tətbiqini dayandırmışdıq. Lakin bu illin əvvəllindən büdcə qaydasının tədbiqi bərpa edilib. Büdcə qaydası bir qədər təkmilləşdirilib”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər