4 C
Baku
Monday, January 13, 2025

Azərbaycan buğdanın az qala 100%-ni Qazaxıstandan alıb

Azərbaycana xaricdən gətirilən yumşaq buğda üzrə pay bölgüsündə Qazaxıstanın payı 100%-ə yaxınlaşıb.

Bu barədə Banker.az-ın AzStatKom-dan əldə etdiyi məlumatda deyilir.

Ölkəyə 2020-ci ilin yanvar-fevral ayları ərzində 98,15 min tonda çox buğda gətirilib. Bu buğdanın ümumi idxal dəyəri isə 21 milyon 543,6 min ABŞ dolları təşkil edib.

Ölkəmizə idxal olunan yumşaq buğdanın 97,52 min tondan çoxu Qazaxıstandan idxal edilib. Bu d, həmin kod üzrə ölkəyə idxal olunan məhsulda Qazaxıstanın payının 99,355%-ə çatması deməkdir.

Ötən il Rusiya buğdasının idxal payı 15%-ə çatdığı halda, bu il, heç 1% belə təşkil etməyib. Məsələn, 2019-cu il ərzində ölkəmizə 151,93 min tonluq yumşaq buğda ( 323,91 mln. dollar) idxal edib. Bu buğdanın isə 97,52 min tonu (21,39 mln. dolları) Rusiyadan idxal olunmuşdu.

Qeyd edək ki, ümumilikdə son rəqəmlərə görə isə, yanvar-mart aylarında Azərbaycana 165,5 min tonluq buğda idxal olunub.

Son xəbərlər
Digər xəbərlər