8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 27% artırıb

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 8,4 mlrd. kubmetrə yaxın qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4% çoxdur.

Ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 22 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,9% artım qeydə alınıb.

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 38,1%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər