Zaur Dibirov Azərbaycandakı aviasiya şirkətlər qrupuna vitse-prezident təyin edilib

Zaur Dibirov “Aviation Services Group”da (ASG) vitse-prezident vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, Zaur Dibirov 2026-cı ilin sentyabrından yeni vəzifəsinin icrasına başlayıb. Onun AZAL-dakı fəaliyyəti isə 4 ildən çox davam edib.

O, AZAL-a 2022-ci ilin mayında qoşulmuşdu. Bundan əvvəl “Pasha Construction”da “Ventures Group” üzrə maliyyə direktoru, həmçinin “Knightsbridge Residence” layihəsində maliyyə məsləhətçisi kimi fəaliyyət göstərib.

Dibirov 2020-ci ildə “Şahdağ Turizm Mərkəzi” QSC-də sədr müavini, 2018–2019-cu illərdə isə burada maliyyə direktoru olub. O, həmçinin “Absheron Hotel Group”da müxtəlif maliyyə rəhbəri vəzifələrində çalışıb.

“Aviation Services Group” Azərbaycanda aviasiya xidmətlərinin bir neçə istiqamətini birləşdirən şirkətlər qrupudur. Qrupun strukturuna “ASG Business Aviation”, “ASG Ground Handling”, “ASG Construction”, “ASG Sky Catering” və “ASG Logistics & Supply” daxildir.

ASG-də 4 mindən çox mütəxəssis çalışır. Qrup biznes aviasiyası, hava limanlarında yerüstü xidmətlər, yük terminallarının idarə edilməsi, bort qidalanması, logistika və aerodrom infrastrukturunun tikintisi kimi sahələrdə fəaliyyət göstərir.

“ASG Business Aviation” 2007-ci ildən fəaliyyət göstərir və şirkət tərəfindən regionun ən böyük biznes aviasiyası mərkəzi kimi təqdim olunur. “ASG Ground Handling” isə Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı Gəncə, Lənkəran, Qəbələ və Zaqatala hava limanlarında aviasiya və yerüstü xidmətlər göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər