13 C
Baku
Friday, April 19, 2024

“Azərbaycan Dəmir Yolları” daha 10 sərnişin qatarı sifariş edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib.

Bu barədə ADY-nin sədri Cavid Qurbanov bu gün qurumda onun rəhbərliyi ilə keçirilən videokonfrans şəklində kollegiya iclasında bildirib.

Sədrin özlərinə görə, bu il daha 9 lokomotivin ölkəyə çatdırılması nəzərdə tutulur.

“Eyni zamanda, 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib”, – deyə o, qeyd edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər