9 C
Baku
Friday, December 13, 2024

“Azərbaycan Dəmir Yolları” müəyyən yüklərə güzəştləri ləğv edib

“Azərbaycan Dəmir Yolları” QSC müəyyən yüklərin daşınması üçün tətbiq olunan güzəştləri ləğv edib.

Bu barədə “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

Məlumata görə, COVID-19 pandemiyası qlobal iqtisadiyyata və ictimai həyatın bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Qlobal enerji bazarlarında yaşanan iqtisadi gərginlik, “Azərbaycan Dəmir Yolları”ndan da yan keçməyib.

“Nəzərinizə çatdıraq ki, dəmir yolu ilə yük daşımada mövcud tariflər sabit qalıb, lakin müəyyən yüklərin daşınmasına edilən güzəştlər ləğv olunub. Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə müqavilələri olan ekspeditor şirkətlərinə normativ sənədlərə uyğun olaraq bu barədə öncədən xəbərdarlıq edilib.

Onu da qeyd edək ki, yüklərini dəmir yolu ilə daşımağa üstünlük verən iri ixracatçılar və idxalçılar yaxın gələcəkdə görüşlərin keçirilməsi və onlara fərdi yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur”, – QSC-dən bildirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər