“Azərbaycan Dəmir Yolları” QSC xaricdən kredit cəlb etmək niyyətindədir.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
C. Qurbanov bildirib ki, cəlb olunan kredit QSC tərəfindən həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönələcək.
“Əgər 20-25 illik müddətə və aşağı faiz dərəcələri ilə kredit cəlb edə bilsək, pis olmaz. Sadəcə danışıqlar aparıb, onları cəlb etmək lazımdır”, – deyə C. Qurbanov qeyd edib.
C. Qurbanov əlavə edib ki, ölkə daxilində həyata keçirilən təmir işləri QSC-nin əldə etdiyi gəlir hesabına aparılır.
APA