“Azərbaycan Dəmir Yolları” QSC-yə yaxın və eyni eyni ünvanda dövlət qeydiyyatına alınan “AZƏRREYL” Qapalı Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, 1994-cü ildə yaradılan bu şirkət, kreditorlara müraciətində bildirib ki, tələblərini iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 230, mənzil 0 ünvanına bildirə bilərlər.
Şirkətin nizamnamə kapitalı 8 000 manat idi.
Qeyd edək ki, ölkədə bu ad ilə çıxış edən qadın valeybol klubu da vardır.