15 C
Baku
Sunday, May 5, 2024

“Azərbaycan Dəmir Yolları”nın qurumu zərər edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti 2022-ci ili 48 min manat zərərlə başa vurub. 2021-ci ildə qurumun zərəri 42 min manat olub ki, bu da illik müqayisədə 14% çoxdur.

Banker.az bu barədə xidmətin maliyyə hesabatına istinadən xəbər verir.                                                                                                           2022-ci ildə Həkim-Sanitar Xidmətinin əsas əməliyyat gəlirləri 1 milyon 981 min manat, sair əməliyyat gəlirləri 10 milyon 27 min manat, işçi heyəti üzrə xərcləri 9 milyon 622 min manat, amortizasiya xərcləri 983 min manat, digər əməliyyat xərcləri 885 min manat olub.

Xatırladaq ki, Xidmət 1 iyul 1996-cı il tarixində Azərbaycan Dəmir Yolu Həkim-Sanitar Xidməti kimi qeydiyyata alınmış, 25 iyun 2011-ci il tarixində Nizamnaməsinə dəyişikliklər edilmiş və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti (HSX) adı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər