2023-cü ilin yanvar-aprel aylarında əczaçılıq məhsullarının istehsalı sahəsində 3 milyon 593 min manatlıq məhsul istehsal edilib.
Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı hesabat dövründə 72.3% artıb.
01.05.2023-cü il vəziyyətinə 256.4 min manatlıq hazır məhsul ehtiyyatı var.