Azərbaycan MDB ölkələri içərisində Tacikstan istisna olmaqla yerdə qalan dövlətlərin hamısı ilə mənfi saldolu ticarət əlaqələrinə malikdir. 2017-ci ilin nəticələrinə görə Moldovanın
Bu haqqda məlumatı ekspert Rövşən Ağayev bildirib.
Azərbaycana ixracı bizim Moldovaya ixracımızı az qala 30 dəfə üstələyib.
Belorusun Azərbaycana ixracı bizim Belorusa ixracımızdan 7.2 dəfə çox olub.
Özbəkistanın Azərbaycana ixracı bizim Özbəkistana ixracımızı 7 dəfə üstələyib.
Qırğızıstan Azərbaycana ixracı bizim Qırğızıstana ixracımızdan 1.8 dəfə artıq olub.
İkitərəfli ticarətdə Rusiya bizdən 3 dəfə, Türkmənistan 2 dəfə, Ukrayna 25% artıq ixracata sahib olublar.
Tək istisna olan Tacikstana gəldikdə, biz bu ölkəyə 1.951 mln. USD dəyərində mal göndərmişik, 47 min USD-lik mal idxal etmişik.