9 C
Baku
Friday, December 13, 2024

“Azərbaycan Dəmir Yolları”nın gəlirləri xərclərini qarşılaya bilmir – Yığılmış zərər 2 mlrd. manatı ötdü

Azərbaycanın dəmir yol nəqliyyatını təşkil edən “Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ildə yarım milyon manatdan çox zərər etdiyini açıqladı. Gəlirlər xərcləri qarşılaya bilmir.

Banker.az xəbər verir ki, bu barədə ADY-nin “Nexia EA” audit şirkəti tərəfindən aparılan hesabatında deyilir.

Dəmir yolları şirkəti 2020-ci ildə 516.19 milyon manatlıq zərər edib. Bu da 2019-cu illə müqayisədə 2.3 dəfə artım deməkdir.

Hesabatında qeyd edilir ki, dövlət müəssisəsi 2020-ci ildə 422.3 milyon manatlıq cəmi gəlir əldə edib. Bu da 2019-cu illə müqayisədə 4% artımdır.

ADY-nin gəlirlərinin 319.24 mln. manatı yükdaşımalardan, 55.34 milyon manatı tikinti işləri üzrə və 4.25 milyon manatı isə sərnişindaşımalardan olub. ADY-nin sərnişindaşımalardan gəlirləri 2019-cu ildə 21.05 mln. manat idi.

Dövlət şirkətinin 514.32 milyon manat xərci olmuş, bu da öncəki ildən 12% çoxdur. Digər xərclər də çıxıldıqdan sonra qurumun mənfəətə qədərki zərəri 515.16 milyon manata çatdırıb.

ADY-nin ötənilki zərərindən sonra illərin yığılmış zərəri 1 yanvar 2021-ci il tarixinə 2 milyard 212.43 milyon manata yüksəlib.

 

 

Son xəbərlər
Digər xəbərlər