13 C
Baku
Friday, May 10, 2024

Azərbaycan dilində ilk mobil CRM Proqramı istifadəyə verilib

21-ci əsrdə texnologiyanın həyatımızda oynadığı rol sürətlə artmaqdadır.  Əvvəllər çox böyük əmək və infrastruktur tələb edən programlar, bugün sadə bir mobil telefona yüklənərək istifadə edilə bilər. Bunlara bir nümunə olaraq, CRM (Customer Relations Management) proqramlarını göstərə bilərik.  Şirkətlər öz bizneslərini koordinasiya etmək və səmərəli şəkildə idarə etmək üçün CRM`dən istifadə edirlər.  Hazırda bu cür proqramlar mobil cihazlarda da müvəffəqiyyətlə istifadə edilir.

Bugün sizlərə CRMino Mobil CRM programı haqqında bəhs etmək istəyirik. Azərbaycan, Türk, Rus və İngilis dillərini dəstəkləyən bu proqram Afgan Safarli tərəfindən hazırlanıb.  Proqram iPhone, iPad və Mac kompyuterlərinə yüklənərək istifadə edilə bilər.  Proqram ona daxil edilən bütün məlumatları cihazda və istifadəçinin iCloud hesabında saxlayır və istifadəçinin bütün cihazlarında sinxronluğu təmin edir.

Xüsusilə fərdi və kiçik sahibkarlar üçün dizayn edilmiş bu proqram, biznes prosesinin əsas komponentlərini özündə cəmləmişdir.  Proqramda Müştəri Kartları, Təklif və Sifariş, İclas və Görüş, Nəğd Vəsait Axını və Hesabat modulları mövcuddur. 

Proqramın daxilində Müştəri Karti açaraq əlaqəli şəxsin bilgilərini daxil edirsiniz.  Sonra bu kart üzərindən Təklif və Sifariş açırsınız.  Təklif ekranında hazırladığınz təklifi birbaşa email göndərə bilərsiniz.  Sifariş alındıqdan sonra bu sifarişlə bağlı pul vəsaitlərinin hərəkətini Nəğd Vəsait Axını modulundan sistemə daxil edirsiniz.  Ən sonda da fəaliyyətinizin icmalını görmək üçün hesabat modulunda illik və aylıq hesabat qrafiklərini nəzərdən keçirə bilərsiniz.
Proqramla bağlı təfərrüatlı məlumatlari bu linkdəki PDF fayldan əldə edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər