Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” gələn ay çap ediləcək.
Bu barədə açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Novruz bayramına qədər çapdan çıxacaq:
“Lüğət çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək”.
Qeyd edək ki, bundan əvvəlki orfoqrafiya lüğətində olmayan təxminən 4000 yeni söz Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib.
Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” təqribən 5 ildən bir hazırlanır.
©Report