-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan dövlət büdcəsindən kredit faizlərinə 150 mln. dollar ödəyib

Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2017-ci il yanvarın 1-nə dövlət zəmanəti əsasında bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 11 049,9 mln. ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb. 

Agentlik bu barədə hökumətin illik hesabatına istinadən xəbər verir.

İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 8 407,4 mln. dolları və ya 76,1%-i, o cümlədən 2016-cı il ərzində 1 203,6 mln. dollar ekvivalentində vəsait istifadə olunub.

Bu ilin əvvəlinə istifadə edilmiş kreditlər üzrə təqribən 1 900,4 mln. dollar məbləğində əsas borc qaytarılıb. Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 913,2 mln. dollar ekvivalentində olub.

Ötən il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 719,2 mln. dollar ödəniş həyata keçirilib. Bu ödənişlərin 569,3 mln. dolları əsas borc kimi, 149,9 mln. dolları isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilib.

Hesabat ilində Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə edilən inkişaf naminə yardımların və humanitar yardımların ümumi məbləği 2 380 250 dollar məbləğində olub. Hesabatda bildirilir ki, bu məbləğin 274,6 min dolları humanitar, 2,106 mln. dolları isə inkişaf naminə edilmiş yardımlara ayrılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər