10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan və Dünya Bankı əmanətlərin sığortalanmasına dair inkişaf modelini müzakirə edir

Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri 2019-cu ilin sentyabr ayı ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər.

Fonddan Report agentliyinə verilən məlumata görə, Fondun nümayəndələri 18-20 sentyabr tarixlərində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin Koreya Respublikasının Seul şəhərində təşkil etdiyi Təhsil proqramında iştirak ediblər. Səfər çərçivəsində iqtisadi böhran və böhrandan çıxış yolları, maliyyə sabitliyinin qorunması, əmanətlərin sığortalanması sisteminin maliyyə sabitliyinə tövhəsi, bu sahədə informasiya texnologiyaları sistemində yeniliklər müzakirə edilib.

Bundan əlavə, 25-28 sentyabr tarixlərində Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Bosniya və Herseqovinanın Sarayevo şəhərində Avropa Əmanət Sığortaçılarının Forumunun (EFDI) illik toplantısında iştirak ediblər. Kecirilən toplantıda Avropa ölkələrinin əmanətlərin sığortalanması fondlarının nümayəndələri risk əsaslı ödənişlərin tədbiqi, əmanətlərin sığortalanması prinsiplərini müzakirə ediblər, EFDI-yın İdarə Heyətinə seçkilər keçirilib, təşkilatın büdcəsi təsdiq edilib.

Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası çərçivəsində Dünya Bankının və İsveçrənin İqtisadi Məsələlər Üzrə Dövlət Katibliyinin Bakıda səfərdə olan nümayəndə heyətləri ilə 16-26 sentyabr tarixlərində əmanətlərin sığortalanması sistemi barədə geniş müzakirələr keçirilib.

Müzakirələrdə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti, gələcək inkişaf modeli və hədəfləri; bankların ləğv olunması və əmanətlərin sığortalanması sahəsində potensialın gücləndirilməsi, bu sahədə qanunvericilikdə dəyişikliklər müzakirə edilib

Son xəbərlər
Digər xəbərlər