İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Sebastian Molineus ilə görüşüb.
Bu barədə nazir “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.
“S.Molineus və onun həmkarları ilə koronavirus (COVID-19) pandemiyasından sonra iqtisadi bərpa, potensial investisiya sahələri üzrə əməkdaşlıq, layihələrin icra vəziyyəti və gələcək perspektivlərin müzakirəsi barədə görüş keçirdik”, – deyə o, qeyd edib