2021-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 27 855,7 mln. kVt·st
olmuş və 2020-ci illə (25 811,2 mln. kVt·st) müqayisədə 2 044,5 mln. kVt·st (7,9%)
artmışdır.
Banker.az xəbər verir ki, bu barədə Energetika Naziliyinin illik hesabatında deyilir.
2021-ci ildə respublikada ümumi elektrik enerjisinin istehlakı 23 435,6 mln.
kVt·st olmuş və 2020-ci illə (21 969,9 mln. kVt·st) müqayisədə 1465,7 mln. kVt·st
(6,7%) artmışdır.
2021-ci ildə elektrik enerjisinin istehsalı İES-lərdə 26 238,5 mln. kVt·st, SESlərdə 1277,3 mln. kVt·st, digər mənbələr üzrə isə cəmisi 339,9 mln. kVt·st, o cümlədən,
KES-lərdə 91,5 mln. kVt·st, GES-lərdə 55,2 mln. kVt·st, bio ES-lərdə 193,2 mln. kVt·st
olmuşdur.
2021-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 037,8 mln.
kVt·st (İES-lərdə 23 904,9 mln. kVt·st, SES-lərdə 1132,9 mln.kVt·st), Naxçıvan MR
Dövlət Energetika Xidməti üzrə 451,0 mln. kVt·st (İES-lərdə 269,5 mln. kVt·st, SESlərdə 130,3 mln. kVt·st, Günəş ES-də 51,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək
elektrik stansiyalarında 66,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2300,8 mln.
kVt·st təşkil etmişdir.