16 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycan Fransaya 6 aydır bir barel belə neft satmır

Azərbaycan 2023-cü ilin ilk yarısından sonra Fransaya neft ixracını dayandırıb.

Bunu Banker.az rəsmi göstəricilərə istinad edir.

2023-cü ilin ilk yarısında Azərbaycan Fransaya  199.01 min ton həcmində xam neft satmışdı və bunun da ixrac həcmi 118.64 mln. ABŞ dolları təşkil etmişdi.

Fransa sonuncu dəfə iyun ayında neft alıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən ilin fevralında 83.05 min ton (dəyər: $52.66 mln.), martında 25.78 min ton ($13.65 mln.) və iyununda 90.18 min ton ($52.33 mln.) ton xam neft alışı həyata keçmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər