Azərbaycan Respublikasının büdcəsindən 2020-ci il üzrə müdafiə xərclərinin həcmi 3 milyard 853,59 milyon manat təşkil edəcəkdir.
Banker.az xəbər verir ki, bu barədə 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında deyilir.
Bunun 1 milyard 722,86 milyon manatı müdafiə qüvvələri, 235,65 milyon manatı milli təhlükəsizlik, 285,19 milyon manatı sərhəd xidməti, 3,89 milyon manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi və 1 milyard 606 milyon manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə yönəldiləcək.
Xatırladaq ki, ötən il dövlət büdcəsindən 3 milyard 37 milyon manat cəmi müdafiə xərclərinə ayrılmışdı.