2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan geyim idxalına xərclərini kəskin azaldıb

Bu ilin yanvar ayında Azərbaycana 9 milyon 59 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

“Banker.az”a Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 98 min (47.2) ABŞ dolları azdır.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycana  17 milyon 156 min ABŞ dolları dəyərində  geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı ümumi idxalın 1.15%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər