12 C
Baku
Friday, March 29, 2024

Azərbaycan geyim istehsalını artırır, xaricdən alışı azalıb

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbycanda 28 milyon manatlıq geyim istehsal olunub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Belə ki, hesabat dövründə geyim istehsalı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.8% artıb.

Yanvar-mart aylarında xaricdən geyim əşyaları və geyim üçün ləvazimatların idxalı isə azalıb.

Belə ki, bu ilin ilk üç ayında Azərbaycana 50 milyon 851 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib ki, illik müqayisədə 7 milyon 999 min ABŞ dolları (13.5%) azdır.

Son xəbərlər
Digər xəbərlər