Azərbaycanın Gürcüstandan idxal etdiyi yerli məhsulların dəyəri bu ilin ilk yeddi ayında 56.1 milyon ABŞ dollarına bərabər olub.
Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir.
Belə ki, Azərbaycan bu ilin yeddi ayında Gürcüstan məhsullarnın ixracını illik müqayisədə 41.5% artırıb.
Gürcüstandan ixrac olunan əsas yerli məhsulların sırasına mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr, spirtli içkilər, trikotaj köynəklər, qızıl, fındıq və tərkibində şəkər olan sular, mineral və qazlı sular daxil olub.