5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl enerji” üzrə saziş imzalayacaq

Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq.

Məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, bununla əlaqədar Baş nazir İrakli Qaribaşvili artıq Rumıniyaya işgüzar səfərə yola düşüb.

Qaribaşvilinin “Yaşıl enerji”nin inkişafı və paylaşılmasında strateji tərəfdaşlıq” adlı plenar iclasda iştirak edəcəyi qeyd olunub.

İmzalama mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Rumıniya Prezidenti Klaus Verner Yohannis də iştirak edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər