13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan Gürcüstana şüşə butulkaların ixracına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC Gürcüstana şüşə butulkaların ixracına başlayıb.

Bu barədə İZİA-dan bildirilib.

İlkin mərhələdə Gürcüstana təqribən 3.5 min ədəddən çox şüşə butulka göndərilib.

Qeyd edək ki, 2020-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış “Glassica” QSC tərəfindən Sənaye Parkının ərazisində Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan “HORN Glass Industries AG” şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.

Şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi ilə Rumıniya, Moldova və Gürcüstana ixrac edilir. Bu ölkələrə indiyədək 250 min ədəddən çox butulka satılıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər