5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan həftənin son iş günü faiz qərarı verir – AMB-dən nə gözlənilir?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftənin son iş günü, 29 iyulda faiz dərəcələrinin parametrlərini müəyyən etmək üçün 2022-ci ilin altıncı iclasına toplaşır. Beş aydır Mərkəzi Bankın sədri postunda olan Taleh Kazmov buna qədər artıq üç dəfə iclasda faizlərə toxunmayıb və faizləri sələfinin dövründə müəyyən edilən parametirlərdə saxlayıb.

2021-ci ilin 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsini 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddini 5.75%-dən 6%-ə, yuxarı həddini isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakı iclasda uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddini 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddini isə 1% bəndi artırmaqla 8%-ə, dekabrda uçot faiz dərəcəsini 7.25%-ə, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini 8.25%-ə, 2022-ci ilin yanvarında isə 7.5%-ə, aşağı həddi 6%-ə və yuxarı həddi 9%-ə və uçot dərəcəsi 7.75%, martında faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.3214324234234

Avqust ayının sonunda isə AMB açıqladı ki, sentyabrın 1-dən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılır. Mərkəzi Bank 1 günlük depozit və əks-repo əməliyyatlarının aparılmasına başlayır. 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə (4%), 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə (9.25%) bərabərdir.  1 günlük əks-repo son dəfə 2007-ci ildə tətbiq edilib. Əməliyyat illik 16% olmaqla 11 milyon manat həcmində olub. 14 və 28 günlük verilən depozit əməliyyatları isə 2021-ci ildən dayandırılıb.

Yeni qaydaya görə, əlavə olaraq sterilizasiya məqsədilə 7 günlük repo və əks-repo hərracları da keçiriləcək. Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (4%-7.75%), 7 günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi (7.75%-9.25%) arasındakı intervalda müəyyənləşəcək.

Bir çox iqtisadçılara görə, Mərkəzi Bank faiz dərəcəsinə dair bu addımının kökündə uçot dərəcəsinin pul-kredit siyasətinə təsirini artırmaq məqsədi güdür. Çünki illərdir bu alətdən AMB istədiyi kimi inflyasiya və faizlərə təsir edə bilmir. Kredit bazarının buna reaksiyası isə neytraldır.

Mərkəzi Bank qısamüddətli pul bazarını aktivləşdirməklə bazardakı faiz dərəcələrini tədricən faiz dəhlizinə uyğunlaşdırmağa çalışır. Bununla da o həmin faiz dəhlizi vasitəsilə bazara nüfuz edə bilsini reallaşdırmaq istəyir.

İndi faiz parametrlərinin yuxarı və aşağı həddi arasında fərq 5.25%-dir. Maraqlıdır ki, Mərkəzi Bank bu yüksək fərqi hansı istiqamətdə dəyişəcək. Və ya dəyişib dəyişməməsi hansı nə qədər əhəmiyyət kəsb edir.

Uçot faiz dərəcəsi nədir?

Nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

​Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Son xəbərlər
Digər xəbərlər