2023-cü ilin yanvar ayı ərzində sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə 22.1 faiz artıb. 2023-cü ilin yanvar ayında nəqliyyatçılar 138.3 milyon
sərnişinə xidmət göstəriblər.
Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, sərnişinlərin 87 faizi avtomobil nəqliyyatı, 12.5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat
növləri ilə daşınmışdır.
Hava nəqliyyatı ilə isə 182.1 min və ya 53.9 faiz çox sərnişin daşınmış, daşımaların 99.8 faizi dövlət, 0.2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma isə 82.2 faiz azalaraq 10.7 min ton
olub.