Azərbaycan İnsan Resursları Assosiasiyasına (AİRA) yeni sədr seçilib.
Banker.az xəbər verir ki, bu vəzifəyə İbrahim İbrahimov gətirilib.
İbrahim İbrahimov 2021-2023-cü illərdə Bakı Ali Neft Məktəbinin MBA proqramı üzrə menecment ixtisasını bitirib.
O, “Azərşəkər” MMC-nin İnsan resursları departamentinin rəhbəri, “ChancePay” MMC-nin həmtəsisçisidir.
Daha öncə isə “PASHA Management Company” – Qrup İnsan resursları üzrə ekspert mərkəzində Baş mütəxəssis, “PMD Hospitality”də İnsan Resursları üzrə baş mütəxəssis vəzifələrində çalışıb.