Azərbaycanın internet bazarında ötən ilin dekabrında “Google Chrome” brauzerinin bazarda payı 77.69 % təşkil edib.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ilin noyabr ayı ilə müqayisədə “Google Chrome” brauzerinin payı 1.4% artıb.
Bundan başqa “Samsung Internet” brauzerinin payı 5%-ə bərabər olub ki, noyabr ayı ilə müqayisədə bu göstərici də 0.02% artıb.
Bunun əksinə “Yandex Browser” brauzerinin bazar payı 1.32% təşkil edib ki, noyabr ayı ilə müqayisədə bu göstərici 0.22% azalıb.