23 C
Baku
Friday, April 19, 2024

“Azərbaycan İnvestisiya Şirkəti” bir sıra müəssisələrdə paylarını yenidən qiymətləndirəcək

“Azərbaycan İnvestisiya Şirkəti” ASC iştirakçısı olduğu bir sıra müəssisələrdə paylarının bazar dəyərinin müəyyən olunmasına dair qiymətləndirmə xidmətinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Təkliflər sorğusunda iştirak etmək istəyən şirkətlər sənədləri iyulun 9-u, saat 17:00-dək təqdim etməlidirlər.

Qeyd edək ki, beynəlxalq standartlara və qabaqcıl təcrübəyə malik olan şirkətlər (012) 488-80-10 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli, “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 224 milyon manatdır. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər