-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı 25 faiz azaldılıb

Dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı azaldılıb.

Banker.az xəbər verir ki, AIC-in nizamnamə kapitalı 66 197 800 manat və ya 24.8% azaldılaraq 200 802 200 manat təşkil edib.

Qeyd edək ki, AIC-in nizamnamə kapitalı 2023-cü ilin əvvəli 224 milyon manatdan 267 milyon manata çatdırılmışdı.

Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AIC-in bütün payları Azərbaycan dövlətinə məxsusdur.

Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

Son xəbərlər
Digər xəbərlər