15 C
Baku
Saturday, April 20, 2024

“Azərbaycan İpoteka Fondu” iki investisya şirkəti ilə müqavilə imzalayıb

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə 2018-ci il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlərin satın alınmasına dair açıq tender başa çatıb.

Tenderin 1-ci Lot (Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidməti) üzrə qalibi “AzFinance İnvestisiya Şirkəti” QSC ilə 09 fevral 2018-ci il tarixli və 2-ci Lot (Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi) üzrə qalibi “PSG-KAPİTAL İnvestisiya Şirkəti” QSC ilə 08 fevral 2018-ci il tarixli satınalma müqavilələri bağlanmışdır.

Son xəbərlər
Digər xəbərlər