Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 12 578 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur.
İki aylıq ÜDM-in 7 554,2 milyon manatlıq hissəsi və yaxud təxminən 60%-i qeyri neft-qaz sektorunda formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 6,7% çoxdur.
Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri 1,9% artaraq 1 263,7 manata çatıb.
©Report