11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan iqtisadiyyatı 3% böyüyüb

2019-cu ilin yanvar-fevral aylarında ölkədə 11484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilir.

ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1163,8 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər