2022-ci ilin yanvar-iyul aylarında ölkədə 74 milyard 155.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.2 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9.9 faiz artmışdır.
ÜDM istehsalının 52.9 faizi sənaye, 7.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.8 faizi tikinti, 1.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.3 faizi informasiya və rabitə sahələrinin, 14.3 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7.6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 375.9 manata bərabər olmuşdur.