16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

2023-cü ilin yanvar-mart aylarında ölkədə 30310.6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Banker.az DSK-ya istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3.9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4.9 faiz artmışdır.

ÜDM istehsalının 47.5 faizi sənaye, 9.0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.0 faizi tikinti, 2.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.5 faizi informasiya və rabitə sahələrinin, 17.6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.5 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2991.2 manata bərabər olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər