2016-cı ildə ölkə iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılır.
Banker.azın məlumatına görə, publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyların payı isə 65,2 faiz həddində gözlənilir.
Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri neft sektoruna yönəldilməsi proqnozlaşdırılır. Bu da qeyri-neft sektorunun inkişafına xidmət edəcək.
2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.